Modern.az

Fələstin: Zərər 1,3 milyon dolları keçdi

Fələstin: Zərər 1,3 milyon dolları keçdi

İqtisadiyyat

Bu gün, 21:38

Fələstin Kənd Təsərrüfatı Nazirliyi işğal altındakı Qərb Sahilinin müxtəlif bölgələrində İsrail hücumları nəticəsində 1 milyon 300 min dollardan artıq zərər yarandığını açıqlayıb.

Modern.az xəbər verir ki, nazirliyin yazılı bəyanatına görə, 19–27 fevral tarixlərində Qərb Sahilində kənd təsərrüfatı sektoruna qarşı pozuntuların artdığı qeyd edilib.

Açıqlamada bildirilib ki, müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində 1 milyon 300 min dollardan artıq zərər qeydə alınıb, 618 ağac kökündən çıxarılıb, 76 baş xırdabuynuzlu heyvan öldürülüb və ya yandırılıb, 100 baş xırdabuynuzlu heyvan isə oğurlanıb.

Hücumların meyvə ağaclarını, əkin sahələrini, su quyularını və anbarlar kimi infrastrukturu hədəf aldığı vurğulanıb. Zərərin ən çox Əl-Xəlil və Beytüllahim şəhərlərində qeydə alındığı bildirilib.

Nazirlik qeyd edib ki, bu pozuntular minlərlə fələstinli ailənin dolanışıq mənbəyini təhlükə altına salır, vətəndaşların ərzaq təhlükəsizliyinə, sosial və iqtisadi sabitliyinə mənfi təsir göstərir.

Təxminən 1,3 milyon dollarlıq zərərin baş verdiyi hücumların konkret dövrü ilə bağlı əlavə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər