Ramiz Mehdiyevin ailəsinin olduğu iddia edilən Bank “BTB” ASC bank kimi fəaliyyətini dayandırır. Bununla da Azərbaycanda fəaliyyət göstərən bankların sayı 21-ə düşür.
Modern.az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən banklar aşağıdakılardır:
Azərbaycan Beynəlxalq Bankı ASC
Access Bank QSC
AFB Bank ASC
Azər Türk Bank ASC
Azərbaycan Sənaye Bank
Bank Avrasiya ASC
Bank Melli İran Bakı filialı
Bank of Baku ASC
Bank Respublika ASC
Bank VTB (Azərbaycan) ASC
Expressbank ASC
Xalq Bank ASC
Kapital Bank ASC
PAŞA Bank ASC
Premium Bank ASC
Rabitəbank ASC
TuranBank ASC
Unibank KB ASC
Yapı Kredi Bank Azərbaycan QSC
Yelo Bank ASC
Ziraat Bank Azərbaycan ASC
Qeyd edək ki, 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olub. 2020-ci ilin avqustunda bu bankların sayı 26-ya enib.