Modern.az

Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!

Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!

İqtisadiyyat

Bu gün, 15:30

“Bank BTB” ASC-nin aktivlərinin alınması və öhdəliklərinin ABB-yə ötürülməsi təşəbbüsü müsbət qiymətləndirilib, artıq bununla bağlı müvafiq prosedurlara başlanıb”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Onun sözlərinə görə, bu qərar ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur.

Abbas İbrahimov onu da qeyd edib ki, Bank BTB-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq. Bu prosesdə Bank BTB müştərilərinin, o cümlədən Bankın əmanətçilərinin maraqları tam qorunacaq. Bank BTB-də depozitləri, cari hesabları olan fiziki və hüquqi şəxslər mövcud müqavilə şərtlərinə uyğun şəkildə ABB ilə əməkdaşlıq münasibətlərinə davam edə bilərlər. Bank BTB-yə kredit borcu olmuş müştərilər də kredit müqaviləsi üzrə öhdəliklərini mövcud müqavilə şərtləri əsasında ABB-də yerinə yetirəcəklər. Proseslə bağlı müştərilərə əlavə məlumatlar təqdim ediləcək.

“Bu addım ölkəmizdə maliyyə sisteminin sabitliyinə xidmət göstərəcək, ABB-nin ölkə iqtisadiyyatına, xüsusilə real sektorun maliyyələşdirilməsinə dəstək imkanlarını genişləndirəcək” – Abbas İbrahimov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada