Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat olub.
Modern.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,9 % artaraq 706,1 milyon manat olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 8,4 % artaraq 37,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12 % artaraq 29,9 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % azalaraq 163,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 5,4 % azalaraq 115,7 milyon manat təşkil edib.