Modern.az

Bu meyvələrin satışı 10 dəfə artıb

Bu meyvələrin satışı 10 dəfə artıb

İqtisadiyyat

Bu gün, 11:34

Keçən il 11 min hektardan çox sahədə yeni meyvə bağları salınıb. Əvvəlki illərlə müqayisədə belə bir artım heç vaxt qeydə alınmayıb.

Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov deyib.

Nazir müşaviri qeyd eidb ki, buna baxmayaraq meyvə bağlarının artımı müəyyən risklər də yaradır. 

“2023-cü ildən etibarən nazirlik Mərkəzi Aran, Mil-Muğan və Dağlıq Şirvan ərazilərində əsasən tez yetişən nektarin, şaftalı və ərik sortlarının subsidiyalaşdırılmasına başlayıb”.

S. Novruzov qeyd edib ki, ötən ilin avqust ayına olan məlumata görə Azərbaycan 2020-ci ildə təxminən 11 milyon dollarlıq nektarin və şaftalı ixrac etmişdisə, 2025-ci ildə bu rəqəm artıq 111 milyon dollara çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama