Modern.az

Azərbaycan əkin-biçin işlərini robotlar həyata keçirə bilər

Azərbaycan əkin-biçin işlərini robotlar həyata keçirə bilər

İqtisadiyyat

Bu gün, 12:48

Kənd təsərrüfatında aqrar dron və robot texnologiyası yaradılsın.

Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Vüqar İskəndərov deyib. 


Deputat qeyd edib ki, “Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılması lazımdır. Dövlət və aqrar qurumların məlumat bazaları əsasında vahid süni intellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobil tətbiq vasitəsilə tövsiyələr verə bilər.

“Süni intellektlə işləyən aqrar dronlar və robot texnikası üçün xüsusi tətbiqin yaradılması mümkündür. Bu proqram çərçivəsində dronlar vasitəsilə kənd təsərrüfatı sahələrinin monitorinqi və xəritələşdirilməsi həyata keçirilə bilər. Eyni zamanda dəqiq texnologiyalar vasitəsilə pestisid və gübrələrin səpilməsi təmin olunaraq israfın qarşısı alınar. Böyük sahələrdə isə avtonom texnika vasitəsilə əkin və yığım proseslərini təşkil etmək mümkündür. Bununla yanaşı, Aqrar Universitetdə süni intellekt və aqrotexnologiya üzrə xüsusi laboratoriyanın yaradılması da bu istiqamətdə innovasiyaların inkişafına ciddi təkan verə bilər.

Belə yanaşma su və gübrə istifadəsinin optimallaşdırılmasına, resursların daha səmərəli idarə olunmasına və məhsuldarlığın artmasına imkan yaradar. Nəticədə kənd təsərrüfatı daha müasir, effektiv və rəqabətqabiliyyətli sahəyə çevrilə bilər” – deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama