Modern.az

Prezident neftin qiymətinin sürətli artımından DANIŞDI

Prezident neftin qiymətinin sürətli artımından DANIŞDI

İqtisadiyyat

Bu gün, 11:00

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!