Əvvəlcədən 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 41,7 milyon manat vəsait istifadə olunub.
Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilib.
Qeyd edilib ki, həmin vəsaitin 36,9 milyon manatı sosial müdafiə, sosial təminat, mədəniyyət, informasiya və bu kimi digər sosial tədbirlərə xərclənib. Daha 3,2 milyon manat vəsait ölkədə infrastruktur təyinatlı tədbirlərin, abadlıq və tikinti işlərinin həyata keçirilməsinə sərf olunub. 1,6 milyon manat vəsait isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsindən Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait ayrılmışdı.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.