2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda istehsal olunan sənaye məhsulunun dəyəri 9 milyard 254,2 milyon manat təşkil edib.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Göstəricilərə görə, ümumi sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb.
Bu dövrdə neft-qaz sektorunda istehsalın həcmi 5 milyard 841,7 milyon manat olub. Həmin sahədə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azalıb.
Bundan əlavə, qeyri neft-qaz sektorunda isə sənaye məhsulunun həcmi 3 milyard 412,5 milyon manat təşkil edib. Bu sahədə istehsal illik müqayisədə 7,4 faiz artıb.