Bu ilin yanvar-fevral aylarında Azərbaycanda Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 824,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4% azalıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə neft məhsullarından neft koksunun istehsalı 9,8% artıb.
Qeyd olunur ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 9,8%, qazoylların (dizel yanacağının) istehsalı 16,2%, neft bitumu istehsalı 15,9%, ağ neft istehsalı 22,1%, mazut istehsalı isə 70,4% azalıb. (APA)
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar- fevral aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
233,6 |
91,2 |
70,8 |
|
Ağ neft, min ton |
94,6 |
77,9 |
33,2 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
383,2 |
83,8 |
183,4 |
|
Mazut, min ton |
9,8 |
29,6 |
0,9 |
|
Sürtkü yağları, min ton |
5,2 |
83,9 |
1,1 |
|
Maye qazlar, min ton |
31,3 |
72,6 |
2,5 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
112,5 |
85,4 |
56,7 |
|
ondan: neft bitumu, min ton |
24,8 |
84,1 |
20,2 |
|
neft koksu, min ton |
41,6 |
109,8 |
35,9 |