2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda plastik məhsulların istehsalında müxtəlif istiqamətlər üzrə fərqli dinamika müşahidə olunub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə polietilendən kisə və çantaların istehsalı 2089,5 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalma deməkdir.
Eyni zamanda, bu məhsullar üzrə sənaye müəssisələrinin anbarlarında 442,7 ton hazır məhsul ehtiyatı qeydə alınıb.
Plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 27 237,8 min ədəd olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz azalıb. Həmin məhsullar üzrə anbar ehtiyatı isə 18 699 min ədəd təşkil edib.
Polietilendən başqa digər plastik kisə və çantaların istehsalı 1543,5 ton olub ki, bu da 2,9 dəfə azalma deməkdir. Bu kateqoriya üzrə anbar ehtiyatı 293,9 ton göstərilib.
Döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitə şəklində örtüklərin istehsalı 165,3 min kvadratmetr təşkil edib və 4,1 dəfə azalma qeydə alınıb.
Digər plastmasdan tikinti məmulatlarının istehsalı 255,9 ton olub, bu sahədə isə 46,4 faiz azalma müşahidə edilib. Müvafiq məhsullar üzrə anbar ehtiyatı 126,1 ton təşkil edib.
Məsaməli plastik kütlədən sair plastinlər və lövhələrin istehsalı isə 457,7 ton olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azalma deməkdir. Bu məhsullar üzrə anbar ehtiyatı 47,3 ton səviyyəsində qeydə alınıb.