Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi Ermənistanda istehsal olunan alüminium folqanın alınması ilə bağlı konkret maraq nümayiş etdirib.
Modern.az xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycan tərəfindən göndərilən sorğuda məhsulun qalınlığı, keyfiyyəti, eləcə də tədarük həcmi və müddətləri ilə bağlı dəqiq tələblər qeyd olunub.
Papoyan qeyd edib ki, erməni istehsalçı artıq qarşı tərəfə məhsulun həcmi, qiyməti və çatdırılma müddətləri ilə bağlı təklif təqdim edib.
Nazir əlavə edib ki, hazırda Azərbaycan tərəfinin cavabı gözlənilir.