Brent markalı neft fyuçersləri Londonun ICE birjasında ticarətin başlanğıcında sürətlə ucuzlaşmağa başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qara qızıl”ın qiyməti dərhal 15% enərək, 11 mart 2026-cı ildən bəri ilk dəfə psixoloji cəhətdən vacib olan bir barel üçün 92 dollar səviyyəsindən aşağı düşüb. Bunu ticarət məlumatları göstərir.
Qiymətlərdəki eniş artıq 15,35% təşkil edib — Brent bir barel üçün 91,16 dollar səviyyəsində ticarət olunub.
Digər əsas marka olan Amerika WTI nefti də geridə qalmayıb. Onun fyuçersləri 16,33% ucuzlaşaraq bir barel üçün 94,5 dollar səviyyəsinə düşüb.