Modern.az

Nəqliyyat sektoruna investisiyalar artıb

Nəqliyyat sektoruna investisiyalar artıb

İqtisadiyyat

Bu gün, 10:40

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb.

RİNN-dən Modern.az-a verilən məlumata görə, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5%-ə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3% təşkil edib. 

Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4% və ya 105.7 milyon manat artım deməkdir. Sektor üzrə ümumi gəlir isə 2 milyard 267 milyon 200 min manat olub. 

İnvestisiya qoyuluşu nəqliyyat sektorunun inkişafında əsas amillərdən biri olaraq qalır. Yanvar-fevral aylarında sahəyə yönəldilən investisiyaların həcmi 606.6 milyon manat olub. Yəni real ifadədə 12,1% artım olub. 

Ümumilikdə nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınan müsbət dinamika ölkənin logistika imkanlarının gücləndiyini və regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada