Modern.az

İKT sektorunda iqtisadiyyatımızın payı

İKT sektorunda iqtisadiyyatımızın payı

İqtisadiyyat

Bu gün, 09:36

Rəqəmsal transformasiya istiqamətində atılan addımlar öz nəticəsini verir. İKT sektorunda 2026-cı ilin ilk aylarında da müsbət dinamika müşahidə olunub. Fevralın sonunadək olan göstəricilərə əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı artaraq 2,1%-ə yüksəlib. Qeyri-neft/qaz sektorunun ÜDM-də payı isə 2,9% təşkil edib. 

Sahə üzrə gəlirlərin artımı da diqqət çəkir. Belə ki, informasiya və rabitə sektorunun ümumi gəliri hesabat dövründə 608.6 milyon manata çatıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% və ya 46 milyon manat çoxdur. 

Həmçinin investisiya aktivliyi əhəmiyyətli dərəcədə yüksəlib. Yanvar-fevral ayları ərzində sektora yönəldilən investisiyaların həcmi 106.1 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və ya 56 milyon manat artım deməkdir və sahəyə maraqdan xəbər verir. 

Ümumilikdə təqdim olunan göstəricilər İKT sektorunun davamlı inkişafını və rəqəmsal iqtisadiyyatın genişləndiyini nümayiş etdirir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada