Modern.az

Bakı-Sumqayıt yolunda tıxaca düşənlərə şad xəbər: Bir aya elektrik qatarları işə düşəcək

Bakı-Sumqayıt yolunda tıxaca düşənlərə şad xəbər: Bir aya elektrik qatarları işə düşəcək

İqtisadiyyat

10 May 2015, 11:50


“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov avtomobil yollarında tıxaclardan bezən paytaxt sakinləri üçün şad xəbər deyib. Modern.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında C.Qurbanov bildirib ki, təxminən bir aydan sonra – iyunun 5-dən Bakı-Sumqayıt dəmir yolunda elektrik qatarları işə salınacaq. O, həmin vaxtadək dəmir yollarında əsaslı təmir işlərinin başa çatacağını söyləyib. Nəticədə Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəliş təmin ediləcək. İtifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq ki, bu da hər gün minlərlə sərnişinin mənzil başına daha rahat çatmağa kömək edəcək.

C.Qurbanovun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində Bakı qəsəbələrinə də elektrik qatarlarının gedişi bərpa ediləcək.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə