Modern.az

Avropa Oyunlarına baxmağa gedənlər üçün metro pulsuz olacaq - AÇIQLAMA

Avropa Oyunlarına baxmağa gedənlər üçün metro pulsuz olacaq - AÇIQLAMA

10 İyun 2015, 14:52

“Bakı 2015” I Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər. 

Modern.az saytı xəbər verir ki, “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu haqda məlumat verib.

Daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

I Avropa Oyunların açılış mərasimi iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də olacaq.

Sevinc YASİNQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə