Modern.az

Əli Abbasov: “Skype, Facebook, WhatsApp lisenziyalaşdırılmalıdır”

Əli Abbasov: “Skype, Facebook, WhatsApp lisenziyalaşdırılmalıdır”

7 Avqust 2015, 14:45



"Azəbaycanda internet azaddır. Ölkəmizdə  Hər hansı xidmət məhdudlaşdırılmır və sosial şəbəkələr də azad fəaliyyət göstərir. Skype, Facebook , WhatsApp daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O qeyd edib ki, Skype, Facebook , WhatsApp lisenziyalaşdırılmalıdır.

“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən Skype, Facebook , WhatsApp da lisenziyalaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə