Modern.az

OPEK neft qiymətlərinə görə martda toplanacaq

OPEK neft qiymətlərinə görə martda toplanacaq

İqtisadiyyat

12 Yanvar 2016, 13:20


Dünya bazarlarında neftin ucuzlaşması OPEK-i hərəkətə gətirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, OPEK-in prezidenti, eyni zamanda Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu neftin qiymətlərinin çatdığı həddi təcili iclas üçün əsaslı sayıb.  

“Biz danışmışdıq ki. əgər neft 35 dollardan aşağı düşsə, növbədənkənar iclas keçirmək barədə düşünməliyik”.  

Sonuncu dəfə OPEK 2015-ci il dekabrın 4-də toplaşmışdı. İclasda təşkilat neftin hasilatının gündəlik 30 milyon barel səviyyəsində saxlanması barədə qərar vermişdi.  

Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEK) 12 üzvdən ibarətdir və dünya neft bazarının 40%-nə nəzarət edir.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə