Modern.az

Yeni universal ödəniş sistemi işə salınır

 Yeni universal ödəniş sistemi işə salınır

İqtisadiyyat

27 Yanvar 2016, 22:53

 

Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir. Modern.az xəbər verir ki, bu barədə Trend-ə "AzerPay" şirkətindən bildiriblər. Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.

"AzerPay" hesabını "Azərpoçt" MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.

AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.

Bundan başqa, "AzerPay" istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə