Modern.az

“Yarmarkalarda at leşini mal əti adı ilə satırlar” - XƏBƏRDARLIQ

“Yarmarkalarda at leşini mal əti adı ilə satırlar” - XƏBƏRDARLIQ

İqtisadiyyat

28 Yanvar 2016, 10:17


Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov əhalini ət alarkən diqqətli olmağa çağırıb. Modern.az saytının məlumatına görə, V.Məhərrəmov bildirib ki, respublikada mal, qoyun əti az istehsal olduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satırlar.

“Elə ona görə də yarmarkalarda satılan ətin qiyməti ucuzdur. Təxmini hesablamalarımıza görə,  hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur. Ət alarkən diqqətli olun!”,-deyə mütəxəssis əhalini xəbərdar edib.

Qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin son günlər mənşəyi məlum olmayan ətlərin satış məqsədilə paytaxta gətirldiyini sübut edən faktlarla çıxış etməsi xəbərdarlığın əbəs olmadığını deməyə əsas verir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə