Modern.az

Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçildi

Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçildi

Mədəniyyət

31 May 2022, 14:20

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyətinin ümumi iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

 

Bununla yanaşı, Cəmil Fərəcov, Həmidə Ömərova və Oleq Səfərəliyev AKİ-nin Rəyasət heyətinə üzvlər seçilib.

 

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın Moskva şəhərində vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır