Modern.az

Dahi şəxsiyyətlərin “Qızıl fond”u yaradılacaq

Dahi şəxsiyyətlərin “Qızıl fond”u yaradılacaq

Mədəniyyət

16 Mart 2023, 17:28

AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılmasını təklif edib.

 

Modern.az xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında çıxış edən Fariz İmanov fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılmasının, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılmasının nəzərdə tutulduğunu deyib.

 

Fariz İmanov elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat