Modern.az

Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO

Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO

Mədəniyyət

14 May 2023, 13:18

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

 

Modern.az xəbər verir ki, süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

 

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat