Modern.az

Xalq artisti səhnədə yıxıldı, əməliyyat olundu

Xalq artisti səhnədə yıxıldı, əməliyyat olundu

Mədəniyyət

18 Dekabr 2023, 16:46

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

 

R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. 

 

Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi