Modern.az

Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı

Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı

Dünya

11 Aprel 2026, 19:15

Türkiyədə cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatlar aparılıb, yüzlərlə şübhəli şəxs saxlanılıb.

Modern.az-ın yaydığı məlumata görə, bu barədə Təhlükəsizlik Baş İdarəsi açıqlama verib.

Qeyd olunub ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə 25 mart – 10 aprel tarixləri arasında ölkənin 81 vilayətində ümumilikdə 124 əməliyyat keçirilib.

17 gün davam edən tədbirlər çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” maddələri üzrə ümumilikdə 722 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı aparılan axtarışlar nəticəsində 67 ədəd uzunlüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 boş tapança, 14 003 patron və 1 329 silah hissəsi aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?