Modern.az

Alen Delon VƏFAT ETDİ

Alen Delon VƏFAT ETDİ

Mədəniyyət

18 Avqust 2024, 10:13

Məşhur fransız aktyor, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

 

Modern.az xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

 

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ