Modern.az

Kinotənqidçiyə Agentlikdə iş verildi

Kinotənqidçiyə Agentlikdə iş verildi

Mədəniyyət

5 Sentyabr 2025, 13:24

Kinotənqidçi Hacı Səfərov Kino Agentliyində işə başlayıb.

Modern.az-ın məlumatına görə, o, Agentlikdə kino mədəniyyətinin təbliği şöbəsində çalışacaq.

Qeyd edək ki, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Hacı Səfərov 1996-cı ildə Bakıda doğulub. İstanbul Universitetindən “Türk dili və ədəbiyyatı” ixtisası üzrə məzun olub. 2018-ci ildən etibarən kinotənqidçi kimi fəaliyyətə başlayıb. 2020-ci ildə Azərbaycanda kino sənayəsinin formalaşması və inkişafı üçün yaradılan “Müstəqil Kino Platforması”nın qurucularından biridir. Kinotənqidçi kimi Talents Sarajevo, Fipresci Critics Project, Go Critic! proqramlarına seçilib. Azərbaycanın ilk kino sahəsi üzrə ixtisaslaşan saytı olan kinoyazar.az-ın konsept müəllifidir, orada redaktor olaraq çalışıb. Yazıları yerli və xarici mətbuatda nəşr olunub.  

Ssenarist olaraq yazdığı “Kaş” ssenarisi Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi müsabiqədə üçüncü yerə layiq görülüb. 2024-cü ildə Characters Müasir Teatr Festivalında “Aysu və başqası” pyesi ilə üçüncü yeri əldə edib. 2024-cü ildə “Arxa cəbhənin insanları” ssenari yarışmasında “Qısa paslar, uzun peşmanlıqlar” adlı əsəri ilə mükafat qazanıb. 

Eldar Aslanovun qısametrajlı “Zelyonka bədənimi yandırır” filmində prodüser olaraq çalışıb və film hazırda post-production mərhələsindədir. “Tərsinə kölgələr” qısametrajlı filmi onun rejissor kimi debüt işidir. Filmin həm də ssenaristi kimi çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə