Modern.az

Özbəkistan və Azərbaycanda yaşayan zəngi tayfaları…

Özbəkistan və Azərbaycanda yaşayan zəngi tayfaları…

Mədəniyyət

11 Sentyabr 2025, 14:42

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi "Özbəkistan və Azərbaycanda yaşayan zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları" layihəsinin icrasını davam etdirir.
2025-ci il 30 avqust-4 sentyabr tarixlərində layihə çərçivəsində Özbəkistanda tarixi-sənədli filmin çəklişlərinə başlanılıb. İctimai Birliyin sədri Aidə Eyvazlı Modern.az-a bildirib ki, filmdə zəngi tayfalarının mənşəyi və onların dövlət quruculuğu prosesindəki rolundan bəhs ediləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə filmin çəkilişləri Daşkənd və Səmərqənd şəhərlərində aparılıb.

Filmdə Özbəkistan yazıçısı, jurnalist Hakim Səttari, Zəngi-Ata Məqbərə Kompleksinin və Teymurilər Muzeyinin əməkdaşları, Əmir Teymur Fondunun rəhbəri, Özbəkistanın Xalq yazıçısı Məhəmməd Əli, tarixçi-alim, Səmərqənd Dövlət Universitetinin dosenti Həzrətqul Abroyev, Şaxi-Zinda Kompleksinin təmsilçiləri - Hamrakul Kayumov, Mahigül Amroyeva, Qur Əmir Məqbərə Kompleksinin direktoru Xuşnud Abdullayev, eləcə də “Mədəni İrs” İctimai Birliyinin sədri Yakibcan Həzrətkulov və digərləri iştirak edib. Daşkənd və Səmərqənddən sonra filmin növbəti çəkilişləri Bakıda, Qubadlı və Zəngilanda davam etdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat