Modern.az

“Dünən toyda biryerdə idik”

“Dünən toyda biryerdə idik”

Mədəniyyət

29 Sentyabr 2025, 15:49

Əməkdar artist Cabir İmanov vəfat edib. O, idman zalında infarkt keçirib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Modern.az-ın məlumatına görə, müğənni Zamiq Hüseynov bildirib ki, ötən gün Cabir İmanovla birgə toyda olublar.

"Dünən toyda biryerdə idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et. Sən deme sonuncu dəfə imiş Çox heyif! Yaxşı insan, gözəl dost. Allah sənə rəhmət eləsin. Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum", - o qeyd edib.

 TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

Sizə yeni x var
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu