Modern.az

Zorgenin Bakıda yaşadığı ev sökülür? - RƏSMİ 

Zorgenin Bakıda yaşadığı ev sökülür? - RƏSMİ 

Mədəniyyət

14 Oktyabr 2025, 14:38

Sovet hərbi kəşfiyyat idarəsinin əməkdaşı, İkinci Dünya müharibəsindən əvvəl və savaş dövrdə Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş məşhur kəşfiyyatçı Rixard Zorgenin Bakıdakı evinin söküldüyünü əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkədə paylaşılan videolarda Zorgenin vaxtilə Bakının Sabunçu rayonunda yaşadığı binanın bir nəfər tərəfindən satın alındığı və söküntü işlərinin aparıldığı qeyd olunur. Məsələ ictimaiyyətdə ciddi rezonans doğurub.

Modern.az saytı mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, həmin tikili dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil:

“Rixard Zorgenin yaşadığı deyilən bina dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısında yer almır. Aparılan monitorinqlər zamanı da bu obyekt yeni aşkar edilmiş abidə kimi qeydə alınmayıb”.

Qeyd edək ki, Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olub. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gələn əcnəbilərdən idi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir