Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 15-də II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı” keçirilir.
Modern.az xəbər verir ki, konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq, həmçinin tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir.
Tədbir çərçivəsində “Rifah” və “Tibbi turizm” mövzularında panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirak etdiyi sərgi təşkil olunacaq.