Kəlbəcər Şəhəri Günü çərçivəsində teatr tamaşası təqdim olunub.
Modern.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası nümayiş edilib.
Tamaşasının quruluşçu rejisoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor köməkçisi Dursun
Cəlilova, musiqi tərtibatı isə Ziyad Abbasova məxsusdur.
Tamaşada rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar.
Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən təşkil olunur.