Bu gün Bakıda Beynəlxalq Film Festivalının açılış mərasimi keçiriləcək.
Modern.az-ın məlumatına görə, təntənəli açılış mərasimi saat 19:00-da Nizami Kino Mərkəzində başlayacaq.
Qeyd edək ki, festivalda 34 ölkəni təmsil edən 78 film nümayiş olunacaq. Filmlər 5-9 dekabr tarixlərində Nizami Kino Mərkəzində göstəriləcək. Giriş sərbəstdir
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən keçirilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşacaq.
Festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, Gənclər Təşkilatları Milli Şurası, “British Council”, Yunus Əmrə İnstitutudur.