Modern.az

Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi

Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi

Mədəniyyət

15 Dekabr 2025, 09:12

Məşhur Hollivud rejissoru və aktyoru Rob Rayner və həyat yoldaşı Mişel Sinqer Rayner Los-Ancelesdəki evlərində ölü tapılıblar.

Modern.az xəbər verir ki, hadisə dekabrın 14-də baş verib. İstintaqın davam etdiyi və hadisəyə qətl ehtimalı kimi baxıldığı bildirilir.

Məlumata görə, 78 yaşlı rejissor və 68 yaşlı həyat yoldaşı bıçaq yaraları ilə aşkarlanıblar. Bəzi mənbələr onların oğlu Nik Raynerin mümkün şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu iddia edir.

Xatırladaq ki, Rob Rayner "Haçan Harri Salli ilə Tanış Oldu..." (When Harry Met Sally...), "Misery", "Şahzadə Gəlin" (The Princess Bride) kimi məşhur filmlərin rejissoru kimi tanınırdı. Ailəsi faciəvi itki ilə bağlı dərin kədər duyduğunu ifadə edərək, hər kəsdən şəxsi həyata hörmətlə yanaşmağı xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır