Böyük Çillənin başlangıcıdır bu gün.
Bizim böyük coğrafiyanınn yaddaşında bu gün sadəcə soyuğun artması deyil, zamanın çevrəsinin daralmasıdır. Qaranlığın ən uzun gecələrdən geri çəkilməyə başladığı məqamdır.
Riyaziyyatçı gözü ilə baxanda bu, bir dövrənin minimum nöqtəsidir.
Fizik üçünsə bu gün enerjinin gizli yığılma mərhələsidir.
Sistem səssizdir, amma boş deyil.
Təbiət dayanmayıb, daxilə işləyir.

Üç Çillə var:
– Böyük Çillə
– Kiçik Çillə
– Boz Çillə
Və bu üç mərhələ bir zaman oxu üzərində dəqiq ardıcıllıqla irəliləyir.
Heç biri təsadüfi deyil.
Bizim təqvimimiz burada mif yox, müşahidəyə əsaslanan kosmik nizamdır.
Çillə dövrü insana da aiddir:
– səbir yığılır,
– fikir dərinləşir,
– söz azalır,
– məna ağırlaşır.
Bu gün toxum torpağın altında görünməzdir.
Ancaq gələcək indi formalaşır.
Fizikada buna latent enerji deyirlər.
Xalq dili isə daha sadədir:
“Torpaq yatır, amma ölmür”.
Üç Çillə sonra Novruz gələcək.
Gün gecəni keçəcək.
Tarazlıq bərpa olunacaq.
Bahar qapını döyəcək.
Amma bahar qəfil gəlmir.
Əvvəlcə Çillələrdən keçir.
Qışı, sazağı, soyuğu sevməyənlər qorxmasınlar Böyük Çillədən.
Çünki hər işıq öz qaranlığını keçməlidir.
Hər bahar öz qışını yaşamalıdır.
Çilləniz mübarək olsun!