Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.
Attestasiya Bakı şəhərində, Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək.
Müəllimlərin bu məqsədlə ayrılmış nəqliyyat vasitəsilə Bakı şəhərinə gəliş-gedişi təmin olunacaq.