Modern.az

Azərbaycan 36 eksponatı xaricdən geri qaytarıb

Azərbaycan 36 eksponatı xaricdən geri qaytarıb

Mədəniyyət

14 Yanvar 2026, 18:03

2003-2023-cü illərdə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Bildirilib ki, 20 min 85 eksponat bərpa olunub.

Sənəddə həmçinin vurğulanıb ki, ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi təşkil olunub.

Qeyd olunub ki ki, 2003–2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi – Qobustan qaya sənəti mədəni landşaftı (2007-ci il), Xan sarayı ilə Şəki şəhərinin tarixi mərkəzi (2019-cu il), Hirkan meşələri (2023-cü il) və Xınalıq Köç yolu (2023-cü il) UNESCO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olub.

Bakı şəhəri (2017-ci il), Şəki şəhəri (2018-ci il) və Lənkəran şəhəri (2019-cu il) UNESCOnun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilmişdir. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"nda (22 nümunə) və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"nda (2 nümunə) yer alıb.

Azərbaycan üzrə "Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları" adı altında 3 əlyazma (Rüstəm Cürcaninin "ZəxireyiNizamşahi", Əbülqasim Zəhravinin "Əl-məqələtus-səlasim", Əbu Əli ibn Sinanın "Əl-qanun fit-tibb" əsərləri) 2005-ci ildə, Məhəmməd Füzulinin "Divan"ının surəti 2017-ci ildə, Xurşidbanu Natəvanın "Gül dəftəri" – illüstrasiyalı şeirlər albomu" 2023-cü ildə UNESCO-nun "Dünya yaddaşı reyestri"nə daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır