Modern.az

"Səkkiz" serialının ARB və yutubda yayımı dayandırıldı

"Səkkiz" serialının ARB və yutubda yayımı dayandırıldı

Mədəniyyət

17 Yanvar 2026, 14:48

"Səkkiz” serialının yayımı televiziyada və yutubda da dayandırılıb.

Modern.az-ın məlumatına görə, quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov məsələyə münasibət bildirib. O, yaydığı açıqlamada bunları qeyd edib:

"Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Birinci azərbaycanlılara - həm burada, həm xaricdə yaşayan həmyərlilərə "Səkkiz" seriına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən bir dövlət qurumuna serialla bağlı görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.

"Səkkiz" serialında yaş həddi +18-dir. Yayım saatı 23:00-da ARB televiziyasındadır. 10 yanvar 2025-ci il tarixində efirə gedib. Yayım zamanı efirə söyüş getdiyi üçün həmən işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb".

H.Rəhimov bildirib ki, ekran işinin yayımı televiziyada və yutubda da dayandırılıb:

"İndi gələk əsas məsələyə: bir tək buna görə serialı həm yutub üzərindən, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm dövlət həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir.

Sonda hər şey üçün Allaha yenə sonsuz təşəkkür edirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

"Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır