Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gənc 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Modern.az xəbər verir ki, təltif olunan gənclərdən biri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzovdur.
Respublika və beynəlxalq müsabiqələr laureatı olan Səməd Novruzov 2024-cü ildən Mərkəzin Kollektiv yaradıcılıq şöbəsində təlimçi vəzifəsində çalışır. O, Mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.
Səməd Novruzov ötən ilin avqust ayının sonundan noyabrın əvvəlinədək Heydər Əliyev Fondunun layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.
Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən tenor ifaçı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.