Modern.az

Bakıda “Hisslər memarı” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Bakıda “Hisslər memarı” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Mədəniyyət

13 Fevral 2026, 10:34

Paytaxtımızın tanınmış "Qız qalası” rəsm qalereyasında rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açılıb.

Modern.az xəbər verir ki, nümayiş olunan əsərlərdə həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunulub.

Fuad Nəsirovun sərgisi rəngkarlığı insanın daxili dünyasının ifadə məkanı kimi təqdim edir. Burada rəng, faktura və jest yaddaşın və emosional halların daşıyıcısına çevrilir. Onun əsərləri reallığı birbaşa təsvir etmir; əksinə, hiss, duyğu və xatirə arasındakı incə sərhəddə formalaşan şübhə, gərginlik, sükut anı və jestin həssaslığını əks etdirir.

Sərgi izləyiciyə əvvəlcədən hazır hekayə təqdim etmir, əksinə, fərdi dialoq üçün açıq bir məkan yaradır. Ekspozisiya çərçivəsində əsərlərin satışı da təşkil olunub.

Sərgi fevralın 14-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?