Modern.az

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

Mədəniyyət

19 Fevral 2026, 06:01

Bu gündən Azərbaycanda Ramazan ayı başlayır.

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı