Modern.az

GoTürkiye Antaliyadakı beynəlxalq yarışa ev sahibliyi edib

GoTürkiye Antaliyadakı beynəlxalq yarışa ev sahibliyi edib

Mədəniyyət

19 Fevral 2026, 12:22

Türkiyənin Aralıq dənizi sahilində yerləşən turizm mərkəzi Antalya qlobal idman tədbirlərinin keçirildiyi əsas ünvanlardan biridir. 2025-ci ilin fevralında Belekdə 400-ə yaxın oyunçunun iştirakı ilə ilk dəfə “144 – A Question of Honour” turniri təşkil edilib.  

Türkiyə Avropanın ən böyük həvəskar qolf turnirlərindən biri olan bu yarışa 2-ci dəfə bu il fevralın 4-8-də ev sahibliyi edib. 

Modern.az xəbər verir ki, GoTürkiye brendinin ev sahibliyi ilə Antalyada keçirilən turnirdə 9 ölkədən 60 komandanı təmsil edən 500-dən çox qolfçu iştirak edib. Yarışlar regionun nüfuzlu meydançalarında – Carya Golf Club, Olympos Golf Course, Aspendos Golf Course, Faldo Golf Course və National Golf Course-da təşkil olunub.

Qeyd edək ki, bu turnir 2016-cı ildə Almaniyanın Bad Qrizbax şəhərində təsis edilib və qısa müddətdə Avropanın aparıcı həvəskar qolf yarışlarından birinə çevrilib. Hər il dörd fərqli ölkədə keçirilən turnir 20-dən çox ölkədən oyunçuları bir araya gətirir.

Antalyanın Belek bölgəsi əlverişli iqlimi və inkişaf etmiş infrastrukturu ilə seçilir. İldə təxminən 300 gün günəşli hava şəraiti regionda ilin on ayı ərzində qolf oynamaq imkanı yaradır.

Belekdə klassik üslublu meydançalarla yanaşı, dünya şöhrətli oyunçular tərəfindən dizayn edilmiş, beynəlxalq standartlara cavab verən komplekslər də fəaliyyət göstərir. Bu amillər bölgəni “Turkish Airlines World Golf Cup”, “Turkish Airlines Challenge” və “Turkish Airlines Open” kimi nüfuzlu turnirlərin keçirilməsi üçün ideal məkana çevirir.

Bölgənin üstünlüklərindən biri də qolf meydançaları və hotellərin Antalya Airport-a yaxın məsafədə yerləşməsidir. Bu isə beynəlxalq iştirakçılar üçün rahat gediş-gəlişi təmin edir. Müasir işıqlandırma sistemləri ilə təchiz olunmuş bəzi meydançalarda gecə qolfu da mümkündür.

Yüksək səviyyəli infrastruktur və geniş imkanlar sayəsində Belek bölgəsi ardıcıl olaraq dünyanın ən yaxşı qolf istiqamətləri sırasında yer almağa davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvada dəhşət - METRODA partlayış - Xəbəriniz Var?