Modern.az

Azərbaycanda 10-a yaxın yeni film çəkiləcək

Azərbaycanda 10-a yaxın yeni film çəkiləcək

Mədəniyyət

19 Fevral 2026, 14:04

Bu il Azərbaycanda 10-a yaxın film çəkiləcək.

Modern.az xəbər verir ki, Azərbaycan Kino Agentliyinin direktoru Rəşad Əzizov "Report"a müsahibəsində il ərzində 8-9 tammetrajlı filmin istehsal ediləcəyini deyib. 

"İstehsal nöqteyi-nəzərdən hədəfimiz prosesi sürətləndirmək idi və buna nail olduğumuzu düşünürəm. Bununla yanaşı, təbliğat xarakterli tədbirlər, o cümlədən beynəlxalq fəaliyyətlər istiqamətində aktivlik əvvəlki illərlə müqayisədə artırılıb. Cari ilin ilk rübü üzrə uşaqlar üçün tarixi-macəra filmi olan "Akinak", daha sonra "Buzlar əriyəndə" filminin premyerasının təşkili nəzərdə tutulur.

Eləcə də ən çox gözlənilən "44" bədii filminin təqdimatı da yaxın zamanlar üçün gözlənilir. Digər böyük layihələr də artıq yaxınlaşır. Məsələn, "Mənə bənzər adam", "Borc", "Nəsrəddin Hoca" filmlərinin də bu il ərzində təqdimatı baş tutacaq. Ötən il Milli Kino Günündə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev çox yaxşı və təsirli bir çıxış edərək, il ərzində 8-9 tammetrajlı filmin istehsal edilməsini arzu kimi ifadə etmişdi. Bəli, biz bu arzunu Kino Agentliyi üçün hədəf kimi təyin etmişik" - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada dəhşət - METRODA partlayış - Xəbəriniz Var?