Modern.az

"Dostlarımı evimə çağırmağa utanıram" - Xalq artistindən xəbər var

"Dostlarımı evimə çağırmağa utanıram" - Xalq artistindən xəbər var

Mədəniyyət

Bu gün, 11:47

"Hazırda ev şəraitində müalicə olunuram".

Bunu Modern.az-a açıqlamasında Xalq artisti, kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov bildirib.

Şeyx Əbdül kimi tanınmış sənətkar ona tibb bacısının ayrıldığını söyləyib:

“Hazırda ev şəraitində müalicə olunuram. Mənim üçün tibb bacısı ayırıblar. İkinci müalicə prostatla bağlı olacaq. Hazırkı mərhələdə mədə-bağırsaq və bronxda vəziyyət yerinə düşür. İki günlük müalicəm qalır, sistemlər qoşulur. Artıq ümumi sağlamlıq durumum 60%-ə yaxın yaxşılaşıb. Amma bədənimdə hələ müalicə olunası xəstəliklərim var. Onları mərhələ-mərhələ yoluna qoymağa çalışacağıq. Allahın dediyi olacaq. Həkimlər də, dostlar da əllərindən gələni edirlər”.

Xalq artisti dostlarının ona mütəmadi olaraq zəng etdiklərini vurğulayıb:

“Dostlarım mütəmadi olaraq, zəng etməklə əlaqə saxlayırlar. O gün Hacı Nuran da gəlmişdi. Çəkiliş də etdik. Çox gözəl söhbət alındı. Sadəcə olaraq, ev şəraitim elədir ki, dəyərli dostlarımı çağırmağa utanıram”.  

Xatırladaq ki, Xalq artisti yanvarın 29-da səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, bronxit, prostat, mədə-bağırsaq və beldə sürüşmədən əziyyət çəkir.

Sizə yeni x var
Keçid et
Partlayış səsləri... - Müdafiə Nazirliyindən TƏCİLİ XƏBƏRDARLIQ