Modern.az

Məhşur aktyor vəfat etdi

Məhşur aktyor vəfat etdi

Mədəniyyət

Bu gün, 15:34

"Tənəkə təbil" və "On zənci balası" filmlərindəki rolları ilə məşhurlaşan aktyor Mario Adorf 95 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, aktyorun ölümü barədə "Bild" nəşri məlumat yayıb.

Aktyor Mario Adorfun ölümünü onun meneceri və "Reinholz" kino agentliyinin nümayəndələri təsdiqləyib.

Məlumatına görə, aktyor aprelin 8-də xəstəlikdən Parisdəki mənzilində vəfat edib.

Mario Adorf 1930-cu il sentyabrın 8-də İsveçrədə anadan olub. O, kino karyerasına 1954-cü ildə başlayıb. Aktyor 200-dən çox filmdə ("Tənəkə təbil" (1979), "Balaca lord" (1996), "İnsan ovu" (1972), "Pinokkio" (2013) və s.) çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada