Xalq rəssamı Tahir Salahovun məzarının üzərində yeni abidə ucaldılıb.
Modern.az "Report"a istinadən xəbər verir ki, bu abidə sənətkarın üç hissədən ibarət “Odlar yurdu” silsiləsi əsasında hazırlanıb.
Kompozisiyanın mərkəzində “Xəzər bu gün” əsəri yer alır. Sol tərəfdə “Atəşpərəstlərin məbədi”, sağ tərəfdə isə Qız qalasının təsviri təqdim olunub.
“Odlar yurdu” triptixi rəssamın yaradıcılığında mühüm və xüsusi əhəmiyyət daşıyan əsərlərdən biridir.
Qəbirüstü abidənin müəllifi rəssamın 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Qeyd edək ki, Tahir Salahov 2021-ci il mayın 21-də, 93 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib. O, Bakıda I Fəxri xiyabanda torpağa tapşırılıb.