Modern.az

“İkinci həyat”ın aparıcısı Ulvira Qarayevanın aqibəti necə olacaq?

“İkinci həyat”ın aparıcısı Ulvira Qarayevanın aqibəti necə olacaq?

24 Sentyabr 2012, 15:26

Milli Teleradio Şurasının (MTRŞ) ANS və ATV-yə məlum xəbərdarlığından sonra “İkinci həyat” verilişində etik normalardan uzaq ifadələrə yol verilməsi proqramın bağlanmasına səbəb olub.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin bununla bağlı açıqlaması yayılıb.

Vahid Mustafayev bildirib ki, Milli Televiziya və Radio Şurasının xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq alıb, lakin təkrar olunan hadisəyə görə, verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatının dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək. 

Modern.az-a açıqlamasında verilişin aparıcısı Ulvira Qarayeva bildirib ki, “indi proqramla bağlı iclasa girirəm. Ciddi müzakirələr olacaq. Yalnız buradan çıxdıqdan sonra ətraflı məlumat verə bilərəm”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə