Modern.az

Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq

Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq

Media

12 Oktyabr 2022, 11:11

“Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq”.

 

Modern.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

 

Onun sözlərinə görə, MEDİA peşəkarlığın artırılması üçün fəaliyyətini davam etdirir:

 

"Bunun üçün jurnalistlərə təlimlər təşkil edilir. İlin sonuna qədər bu təlimlər daha da gücləndiriləcək. Çalışırıq ki, islahatlarımız hər bir sahə üzrə davamlı olsun”.

 

Ə. İsmayılov media subyektlərində monitorinqlərin aparılması məsələsinə də toxunub:

 

“Təkzib vermə, cavab vermə qaydaları burada əsas amildir. Monitorinq üçün Mətbuat Şurası ilə birlikdə iş aparacağıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV