Modern.az

İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib

İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib

7 Fevral 2025, 11:21

Jurnalist İmdad Əlizadə bu gündən - fevralın 7-dən fəaliyyətə başlayan müstəqil “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru təyin edilib.

Modern.az xəbər verir ki, agentlik “Teleqraf” Media Qrupuna daxil olan “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. 

İmdad Əlizadə 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "Media forum" saytında, "Trend" və “Report” informasiya agentliklərində işləyib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat